image-qanunla-reklam
image-244342030_1192977901214224_6985770597196042771_n

Salyanda Vətən müharibəsi şəhid Maxe Səfa Qaraxanovun ildönümü münasibətilə məzarı ziyarət olundu-FOTO

image-lady-day-az
Vətən müharibəsində şəhid olmuş Maxe Səfa Yenişar oğlu Qaraxanovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Fəzail Ağamalıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Mərasimdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Səfa Qaraxanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Səmil Şahlaroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki