image-qanunla-reklam
image-00355818-9aa3-3e31-8552-ed6ac7fba048_850

Qarabağdan 20-yə yaxın sahibkar enerji təchizatı üçün onlayn müraciət etdi

image-lady-day-az

“Azərişıq” ASC-nin yaratdığı elektron müraciətlərin idarəolunması sistemi sahibkarlara elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət etməyə imkan verir.

Bunu qurumun “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Şamaxıdakı “ASAN Xidmət” mərkəzində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, artıq azad edilmiş ərazilərdən də sahibkarlar onlayn şəkildə “Azərişığ”a müraciət edir: “Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir. Bu, bizim üçün sevindiricidir. Bizə bu şansı yaradan Ali Baş Komandan və ordumuza təşəkkür edirik”.

Xatırladaq ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 6 yarımstansiya inşa edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki